۴.۱۲.۸۸

Bakı. Elbrus Seyfullayev - APA. “ABŞ İranla psixoloji müharibə aparır. Onlar istəyirlər ki, insanları narahat vəziyyətdə saxlasınlar. Hər zaman olduğu kimi indi də, deyirəm ki, ABŞ İrana hücum etməz, edə də bilməz. Məntiq deyir ki, bu hücumun həm maddi, həm də mənəvi cəhətdən xərci çox olar. Bu bir tərəfdən də ABŞ-a yeni fikirli, dünya görüşlü insanın rəhbərlik etməsi ilə bağlıdır. Digər tərəfdən də ABŞ hələ Əfqanıstan, İraq və Pakistan, o cümlədən Quantanamo məsələsini həll etməmiş vəziyyətdədir”. Bu sözləri APA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. ABŞ-ın və digər dünya dövlətlərinin son illər İranın uranı zənginləşdirməsi ilə bağlı bu ölkəyə sanksiyalar tətbiq etməsini şərh edən sabiq diplomat ölkəsinin bu vəziyyətdən həm ziyan, həm də xeyir əldə etdiyini deyib.

Onun sözlərinə görə, Tehranda bəzi adamlar bu sanksiyaların İrana ziyanı olmadığı düşüncəsindədir: “Ancaq mən belə fikirləşmirəm. Sanksiyaların İrana mənfi təsiri olub, olacaq da. Eyni zamanda, bu sanksiyaların İrana xeyri də olub. İran məcburiyyət qarşısında bir sıra islahatlar apararaq, inkişaf edib. Lakin burada bir sual meydana çıxır ki, sanksiyalar olmadan da inkişafa nail olmaq olmazdımı?”

Ə. Süleymani deyib ki, ABŞ və Avropa ölkələri İrana qarşı tətbiq etdikləri sanksiyadan özləri üçün xeyir görməyiblər: “İran dediyim kimi bəzi sahələrdə ziyan görüb. Dəfələrlə İranda təyyarə qəzaları görübsünüz. Aydındır ki biz bir çox şeyləri vaxtında ala bilməyib, gecikmişik. Sənayenin müxtəlif sahələrində problemlər yaranıb. Dediyim kimi bu ziyan çəkmələr qarşılıqlı şəkildə baş verib. Bəzi Avropa və Amerika şirkətləri də bu vəziyyətdən ziyana düşüb” .

Sabiq diplomat vəziyyətdən çıxış yolunun İranın istədiyi kimi danışıqlar vasitəsi ilə mümkün olduğunu deyib.

هیچ نظری موجود نیست:

ارسال یک نظر

آخرین مطالب وبلاگ