۲۹.۱۱.۸۸

apa xeber agentliyile musahibe

Bakı. Elbrus Seyfullayev - APA. “Bir işi görməzdən əvvəl onu ətraflı öyrənib, bunun üçün zəmin yaratmalısan. Mən səfir olan zamanlar da viza rejiminin qarşılıqlı ləğvinin tərəfdarı idim. Biz bu işi gec-tez görməliyik. Ancaq əvvəlcə buna şərait yaradılmalıdır. Mən dəfələrlə sərhəddən keçmişəm və görmüşəm ki, həm İran, həm də Azərbaycan tərəfdə sərhəd keçid məntəqələrində problemlər var”. Bu açıqlamanı APA-ya İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani verib. bildirib. Sabiq diplomat deyib ki, keçid məntəqələrində lazımi infrastruktur yaradılmayıb: “Adamlar sərhədə gəldiyi zaman artıq vaxt itirməməli və bir neçə dəqiqə ərzində keçib getməlidir. Birtərəfli qaydada vizanı ləğv etdiyi üçün bu iş daha çox İran tərəfinin üzərinə düşür. Sərhəd keçid məntəqəsində xidmət edən insanların sayı artırılmalıdır. Yəni hər gün sərhədi neçə nəfərin keçdiyini müəyyənləşdirib, ona uyğun şərait yaradandan sonra vizanı ləğv etmək lazımdır”.

Ə. Süleymani səfir olduğu zaman maraqlı təkliflərlə çıxış etdiyini, lakin onların yerinə yetirilmədiyini deyib: “Çoxları bilir ki, həm İrana, həm də Azərbaycana gedib-gələn insanların səfərlərinin əsas məqsədi ticarət işləri ilə məşğul olmaqdır. Müəyyən bir qisim insan da ziyarət məqsədi ilə gəlib-gedə bilər. Ona görə də təklif edirdim ki, hər iki tərəfdə sərhəd yaxınlığında böyük bazarlar qurulsun. Adamlar da sərhədi keçib rahatla ticarətlə məşğul olsunlar. Belə olsa, sərhədlərin təhlükəsizliyi daha çox qorunar. Bu iş narkotik qaçaqmalçılığın da qarşısını ala bilər. Eyni zamanda İranda Ənzəli limanında azad iqtisadi zona yaradılıb. Lakin bu zonadan indiyədək istifadə olunmur. Mən istəyirdim ki, orada sərbəst ticarət əlaqələri qurulsun. Hətta oradan sərnişin gəmiləri də yola salına bilər. Çox yaxşı imkanlar var. Bu imkanlardan ardıcıl, məntiqlə, hesab-kitabla istifadə etmək lazımdır”.

هیچ نظری موجود نیست:

ارسال یک نظر

آخرین مطالب وبلاگ